Moskvada sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.

Open.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 645-ə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 912 823, ölənlərin sayı isə 15 498 nəfərdir. Ölkədə 174 361 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.