Moskvanın Şeremetov hava limanından İrəvana gedən sərnişin təyyarəsinin pilot kabinəsində tüstülənmə baş verib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu səbədən uçuş dayandırılıb.

Təyyarənin göyərtəsində 179 nəfər olub. Onlar hava ilə doldurulan pilləkənlər vasitəsilə təxliyyə edilib.

Təxliyyə zamanı yaranan sıxlıq səbəbindən 8 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Hadisənin səbələri araşdırılır.

Gülnar Qafarlı