Monteneqro parlamentinin deputatları səs çoxluğu ilə son 30 ildən artıq müddətdə ilk dəfə prezident Milo Cukanoviç və onun təmsil etdiyi Sosialistlərin Demokratik Partiyasının siyasi rəqibləri tərəfindən qurulan və Zdravko Krivokapiçin rəhbərlik edəcəyi yeni hökumətin tərkibini təsdiqləyib.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Skulşina (parlament) sədri Aleksa Beçiç bildirib.

“Hökumətin yeni tərkibi ilə bağlı səsvermədə 41 deputat lehinə, 28-i isə əleyhinə səs verib”, - o deyib.