Moldovada daha 3 nəfər koronavirusun qurbanı olub.

Open.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölənlərin 2-sinin yaşı 80, digərinin isə 66-dır.

Beləliklə, Şərqi Avropa ölkəsi olan Moldovada koronavirus qurbanlarının sayı 27-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 450 000-i ötüb. Bunların 309 334 nəfəri sağalıb, 83 475 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.