Rusiya vətəndaşı olan 17 yaşlı skripkaçı Londonda sirli şəraitdə ölüb.

Open.az "The Telegraph" qəzetinə stinadən xəbər verir ki, qızın cəsədi atası Iqor Tsukanov tərəfindən Kensington ərazisində bir evdə tapılıb.

Atasının sözlərinə görə, ölümündən qısa müddət öncə qızı Royal Opera Evində ifa edib və özünü çox xoşbəxt hiss edib.

İddia olunur ki, qızın gözlənilməz ölümünün səbəbi "Calvin Klein" narkotikinin həddən artıq böyük dozası ola bilər.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.

Qeyd edək ki, milyonçu və xeyriyyəçi İqor Tsukanov 90-cı illərdə Rusiyadan Böyük Britaniyaya köçüb.

Gülnar Qafarlı