Norveçin ən zəngin şəxslərindən olan Tom Hagenin həyat yoldaşı oğurlanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, 68 yaşlı Anna-Yelizaveta Falkevik-Haqen oktyabrın 31-də Lyörenskuqda yaşadığı evdən oğurlanıb.

Qadını oğurlayan şəxslər milyonçudan 9 milyon avro dəyərində pul tələb ediblər.

Onun axtarışına polis, Avropol və İnterpol da qoşulub.

Gülnar Qafarlı

Milyonçunun arvadı oğurlandı - 9 milyon avro tələb edirlər