Almaniya baş naziri Angela Merkel Türkiyəyə silah satışının dayandırıldığını açıqlayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel həmçinin Türkiyəyə "Barış pınarı" əməliyyatını bitirməsi çağırışı edib.

Qeyd edək ki, Türkiyənin "Barış pınarı" hərəkatı səbəbiylə Almaniya ilə yanaşı Fransa, Norveç, Finlandiya, Hollandiya, Kanada, İtaliya, İngiltərə və Çexiyaya da silah satışını dayandırıb.

İspaniya isə gərginliyin daha da artması vəziyyətində Türkiyədəki "Patriot" hava müdafiə sistemlərini geri çəkəcəyini açıqlayıb.

Gülnar Qafarlı