Rusiyanın paytaxtı Moskvada orta məktəblərdə tədris yanvarın 18-dən bərpa olunacaq.

Open.az xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin məlumat verib.

Dərslər bərpa olunduqdan sonra koronavirusa yoluxma halı qeydə alınsa, həmin şagirdin olduğu sinif distant təhsil formatına keçəcək. Bununla belə, məktəbdə dərslər davam etdiriləcək.

Eyni zamanda kollec və ali məktəblər yanvarın 21-dək bağlı qalacaq.