Sabah Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə gərginliyə səbəb olan ABŞ-lı keşiş Endryu Brunsonun 4-cü məhkəmə iclası keçiriləcək.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Vaşinqton bu iclasda Brunsonın azadlığa buraxılmasını gözləyir. ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo Brunsonun sabahkı məhkəmə iclasına dair bəyanat verib.

O, keşiş Brunsonın azad edilməsinin Türkiyə-ABŞ münasibətləri baxımından əhəmiyyətli bir addım olacağını söyləyib: "Sərbəst buraxmaq ən doğru addımdır".

Gülnar Qafarlı