Ermənistanda Frankofonii sammitinin yüksək vəzifəli iştirakçıları Azərbaycanın milli rəqsi olan "Köçəri"nin sədaları altında rəqs ediblər.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akoyan da olub.

Frankofonii 17-ci sammitinin iştirakçılarının şərəfinə verilən şam yeməyində əyləncə təşkil edilib. Gecədə iştirak edən Fransa prezidenti Emanuel Makron və xanımı Bricet Makron göstərilmiş rəqs hərəkətlərini təkrarlamağa cəhd edib.

Xatırladaq ki, Azərbaycanın məşhur "Yallı" rəqsinin növlərindən olan "Köçəri" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs siyahısına Ermənistanın qeyri-maddi irsi kimi daxil edilib.

Gülnar Qafarlı