09:46

Dağıstanın Mahaçqala şəhərində yerləşən dəniz ticarəti limanında tankerdə partlayış baş verib.

Open.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bildirilib ki, partlayışa səbəb neft məhsullarının ötürülməsi zamanı yaranmış qaz qapanması olub.

Partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 3 nəfər itkin düşüb.

İtkin düşənlərin axtarışları davam etdirilir.

Hadisənin səbəbləri araşdırılır.

***

Mahaçqala şəhərində yerləşən dəniz ticarəti limanında tankerdə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, axtarışlar zamanı itkin düşən 3 nəfərdən 2-nin cəsədi tapılıb.

Həmçinin hazırda daha bir dənizçinin axtarışları davam edir.

Gülnar Qafarlı