Venesuela prezidenti Nikolas Maduro 2019-cu ilin oktyabrında Azərbaycana səfər edəcək.

Open.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Venesuelanın Bakıdakı səfiri Kristofer Berroteran məlumat verib.

Diplomat qeyd edib ki, Bakıda 21-26 oktyabr 2019-cu il təşkilatın dövlət başçılarının sammiti olacaq.

"Bu tədbir oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub" - deyə səfir bildirib.