Fransada olan əyləncə mərkəzlərindən birində faciə baş verib.

Open.az xəbər verir ki, oğlunun 2 yaşını qeyd etmək üçün "Lunapark"a gələn ailə, "Formula 1" adlanan sürətli qatara miniblər. Qatar hərəkət etməyə başlayanda 2 yaşlı uşağın anası, 32 yaşlı qadın yüksəklikdən yerə çırpılıb.

Xanımın əri, həyat yoldaşının ayağından tutub, saxlamağa çalışsa da, qadının həyatını xilas etmək mümkün olmayıb. Beləliklə də, ailəsi ilə birlikdə şad gün keçirmək istəyən ailə faciənin qurbanı olub.

Qeyd edək ki, 2009-cu ildə həmin sürət qatarından bir nəfər qadın da yıxılaraq həlak olub.

Ülviyyə Həsənqızı