"Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampın iyunun əvvəlində Londona planlaşdırılan səfəri zamanı vəzifəsini icra edəcək".

Open.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Britaniyanın Xarici işlər naziri Ceremi Hant söyləyib.

Qeyd edək ki, "The Times" qəzetinin məlumatına görə, Tereza Mey sabah istefasını elan edəcək.

Donald Tramp 3-5 iyunda kraliça II Yelizavetanın dəvəti ilə Böyük Britaniyaya səfər edəcək.

Gülnar Qafarlı