Liviyanın paytaxtı Tripoli və ətrafındakı döyüşlərdə həlak olanların sayının 205-ə yükdəlib.

Open.az "AA"ya istinadən xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı məlumat yayıb.

General Xəlifə Hafterin aprelin 4-də paytaxt Tripoliyə qarşı hücum əmriylə baş verən toqquşmalarda bu günə qədər 205 nəfərin öldüyü, 913 nəfərin yaralandığı bildirilib.

Qarşıdurmalara görə 18 mindən çox adamın itkin düşdüyü qeyd edilib.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri, general Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum əmri verib.

Gülnar Qafarlı