Livanın informasiya naziri Manal Abdel Səməd bildirib ki, Beyrutda baş verən güclü partlayışdan sonra vəzifəsindən istefa verir.

Open.az-ın məlumatına görə, bu barədə ölkənin MTV telekanalı bildirib.

"Mən livanlılardan üzr istəyirəm, ona görə ki, biz onların ümidlərini doğrulda bilmədik. Beyrut qəzasının dəhşətindən sonra hökumətdən istefa haqqında ərizə verirəm", - nazir bildirib.