Braziliyada Federal Polisinin keçirdiyi korrupsiya əməliyyatı çərçivəsində aralarında 10 millət vəkili və 1 hökumət katibinin də olduğu 22 nəfər saxlanılıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada federal polis, 2016-ci ildən bəri müxtəlif korrupsiya cinayətləri səbəbilə həbsdə olan keçmiş qubernator Sergio Kabralın komandanlıq etdiyi korrupsiya dəstəsi ilə bağlı son dəqiqə əməliyyatı keçirib. Polisin, aralarında 10 millət vəkili və 1 hökumət katibinin də olduğu 22 nəfəri həbs etdiyi bildirilib.

Əməliyyat çərçivəsində Rio De Janeiro hökumətinin ümumi mərkəzi olan Quancara Sarayı və Alerj Məclisinin polis tərəfindən təqibə alındığı 40-dan çox ünvana basqın təşkil olunduğu bildirilib. Hazırkı Məclis sədri Leonardo Silva Yakob ilə məclisə yeni seçilən deputat Vincius Farahın isə hələ də polis tərəfindən axtarıldığı qeyd edilib. Həbs olunanlar arasında həmçinin hökumətə bağlı müxtəlif vəzifələrdə çalışan adların da olduğu bildirilib.

10 deputatdan 7-sinin əleyhinə, ilk dəfə həbs əmri verilib. Digər tərəfdən, Alerj keçmiş prezidenti Jorge Picciani, Edson Albertassi və Paulo Mellonun isə keçən il noyabr ayında Cadena Vieja əməliyyatı çərçivəsində həbs olunduğu məlum olub. Piccianiyə Ali Federal Məhkəməsininin qərarından sonra 28 martda səhhətlərində yaranan problemlə əlaqəli olaraq ev həbsi verilmişdi. Albertasi və Mello isə Banqu şəhərində həbs edilmişdilər.

Həbs əmri olan 7 deputatın 5-i bu il yenidən seçilmişdi.

Kabral tərəfindən idarə olunan cinayətkar dəstə, dəstək əvəzi dövlət məmurlarına aylıq rüşvət təyin edib. Vəkil Renata Ribeiro Baptistaya görə rüşvət 5 min dollar ilə 240 min dollar arasında dəyişir. Lava Jato kimi tanınan bu dəstənin, dövlət idarəçiliyi sazişlərinin həddən artıq yüksək tutulması da daxil olmaq üzrə 14,5 milyon dollardan çox haqsız qazanc əldə etdiyi güman edilir.