Çində koronavirusdan ölənlərin sayı 2004 nəfərə çatıb.

Open.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat verib.

Çin xəstəxanalarında 57,8 min nəfər müalicə alır. 11,9 min nəfərdən çoxunun vəziyyəti ağır qiymətləndirilir. 14,7 mindən çox insan isə sağalıb.