Koronavirusa yoluxub, sağalanlar xəstəliyin nə dərəcədə ağır fəsadlar törətdiyi barədə danışırlar.

Open.az xəbər verir ki, ABŞ-nın San-Fransisko şəhərində yaşayan 43 yaşlı tibb işçisi Mike Schultz bir müddət əvvəl koronavirusa yoluxub.

Əvvəlcə xəstəliyə əhəmiyyət verməyib, işinə davam edən M.Schultz ağciyərlərinə su yığılıb, nəfəs ala bilməyəndə reanimasiyaya yerləşdirilib. 6 həftə süni nəfəs aparatına qoşulub, müalicə alan M.Schultzun vəziyyəti hazırda yaxşıdır.

Sağalandan sonra sosial mediadan fotolarını paylaşan tibb işçisi: "Bu xəstəlik çox ağır fəsadlar verir. Müalicədən əvvəl 86 kq çəkim var idi. Xəstəlik müddətində 22 kq arıqlamışam. Bədənimin gücü yox idi. Əllərim əsirdi. Cib telefonumu əlimdə saxlaya bilmirdim. O qədər gücsüz olmuşdum" deyən Mike Schultz, xəstəlikdən əvvəl və sonra çəkilmiş fotolarını izləyiciləri ilə paylaşaraq fərqi nümayiş etdirib.

Ülviyyə Həsənqızı

Koronavirusa yoluxub, xəstəxanada ağır günlər keçirən tibb işçisinin dəhşətli görkəmiKoronavirusa yoluxub, xəstəxanada ağır günlər keçirən tibb işçisinin dəhşətli görkəmi