Misirdə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Open.az "Röyters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, virusa yoluxan şəxs başqa ölkədən gəlib və xarici vətəndaşdır.

Qeyd edək ki, Misir koronavirusun aşkar edildiyi ilk Afrika ölkəsidir.