Çində koronavirusa yoluxanların sayı 63 918 nəfərə çatıb.

Open.az xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Bildirilir ki, yeni virusdan ölənlərin sayı artaraq 1488 nəfər olub. Ölkədə həmçinin 6982 sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, gün ərzində Hubey əyalətində 4,8 min nəfər virusa yoluxub. Bununla da koronavirusa yoluxanların ümumi sayı 51 986 nəfər olub.