Kolumbiya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ötən sutka ölkədə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 10 735 nəfər artıb, 309 nəfər həyatını itirib.

Open.az xəbər verir ki, ölkədə yoluxanların ümumi sayı 345 714 nəfərə çatıb.

Ölkə üzrə xəstəlikdən 11 624 nəfər ölüb və son 24 saat ərzində 6 mindən çox pasiyent müalicə olunaraq sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Vuhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210-dan çox ölkə və bölgəsində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.