Ermənistanın xüsusi istintaq xidməti sabiq prezident Robert Koçaryanın həbs müddətinin iki ay uzadılması üçün məhkəməyə ərizə göndərib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkillər qrupunun bəyanatında məlumat verilib.

Xahiş martın 13-də hakim Armen Bektaşyananın sədrliyi ilə keçiriləcək iclasda müzakirə ediləcək.

Qeyd edək ki, Koçaryan 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır.

Gülnar Qafarlı