Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenisən həbs edilib.

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün Ermənistan Apellyasiya məhkəməsi Koçaryan barədə hökm verib.

Məhkəmə onun barəsində çıxarılmış, lakin sonradan ləğv edilən həbs qərarını bərpa edib.

Qeyd edək ki, R.Koçaryan mayın 18-də girov qarşılığında zaminə buraxılmışdı. Ermənistan Baş Prokurorluğu isə bu qərara etiraz etmişdi.