Qızı ilə birlikdə vertolyot qəzasında dünyasını dəyişən basketbolçu Kobi Brayantın həyat yoldaşı Vanessa Brayanın anası qızının onu evdən qovduğunu iddia edib.

Open.az xəbər verir ki, ağlaya-ağlaya ispan kanalına müsahibə verən qadın 38 yaşlı Vanessanın onu Kobinin ölümündən sonra qovduğunu, hətta ona hədiyyə edilən maşını geri qaytarmasını istədiyini deyib.

Mübahisənin hansı səbəbdən yaşandığı bəlli deyil. Yazda isə mediada Vanessanın əri və qızının ölümündən sonra övladları və anası ilə təsəlli tapdığı yazılmışdı.