Şri-Lankanın prezidenti Maitripala Sirisen Müdafiə Nazirİ və baş polisin istefa etməsini istəyib.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə "News 1st" portalı məlumat yayıb.

Qeyd edək ki, Şri-Lankada aprelin 21-də silsilə partlayışlar törədilib. Terror aktı nəticəsində 290 nəfər həlak olub, 500 nəfər yaralanıb. 8-ci partlayışdan sonra isə ölkədə küçəyə çıxmaq qadağan edilib. Hökümət terror aktının arxasında yerli terror təşkilatı "Milli Tavhid-Camaatı"nı məsul tutub.

Paytaxt Kolomboda komendat saatı tətbiq olunub və aprelin 23-də ölkədə matəm elan edilib.

Gülnar Qafarlı