Dünya şöhrətli müğənni Madonna bu gün Tel-Əvivdə "Eurovision" nun final məşqinə buraxılmayıb.

Open.az TASS-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

"Eurovision" mahnı müsabiqəsinin təşkilatçıları bu addımı dünya ulduzu ilə müqavilə imzalanmadığına görə atıblar.

Bildirilib ki, qadağa əvvəlcə müsabiqənin icraçı rəhbəri Yun Ula Sann tərəfindən qoyulub.

Lakin səhər saatlarında qısa bir gecikmədən sonra, Avropa Yayım Birliyi ilə bir razılıq əldə edilib və Madonnanın məşqinə icazə verilib. Bu məşq iki saat davam edib.

Madonna mayın 18-də "Eurovision"un finalında çıxış edəcək. Gözlənildiyi kimi, dünya ulduzu üç mahnı ifa edəcək.

Gülnar Qafarlı