Koronavirusa qarşı anadangəlmə immunitet daha əvvəl düşünüldüyündən də çox insanda ola bilər.

Open.az “Korrespondent.net”ə istinadən xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.

Qəzet bu sahədə aparılmış araşdırmalara əsasən belə iddia irəli sürüb. Belə ki, tədqiqatlar zamanı bu virusa yoluxmayan insanların 20-50%-də COVID-19-a qarşı spesifik T-hüceyrə immuniteti müşahidə olunub.

Eyni zamanda iki tədqiqatın müəlliflərinin fikrincə, belə immunitet reaksiyası digər növ koronaviruslarla təmasda olduqdan sonra əmələ gələn çarpaz immunitetlə izah edilə bilər.

Qeyd olunur ki, bununla COVID-19-a qarşı antikorların az adamda aşkarlanması səbəbi ilə koronavirus pandemiyasının uzun müddət davam edəcəyi versiyası də şübhə altına düşür.

“Tədqiqatlar immunologiyada çox az şeyin əvvəlcədən qurulduğuna dair güclü xatırlatma edir”, - nəşrdə yazılıb.

“British Medical Journal” isə məsələ ilə dərc olunan yazıda kontaktın mütləq yoluxmaya səbəb olmadığını, yoluxmanın mütləq xəstəliyə səbəb olmadığını, xəstəliyin isə mütləq aşkar edilə bilən antikorlar yaranmasına səbəb olmadığını qeyd edib.