Şimali Koreya lideri Kim Çen In ağ atı ilə müqəddəs Paektu dağının qarlı zirvəsinə qalxıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bütün dünya Türkiyənin Suriyanın şimalında başlatdığı "Barış Pınarı" hərəkatına kilidləndiyi an Kimin zirvədə pozalar diqqət çəkib.

Dövlətin nəzarətində olan Şimali Koreya mediası Kimin atda pozalarını dünyanı heyrətləndirəcək və Koreya inqilabını irəli aparacaq böyük bir əməliyyatın xəbərçisi olaraq şərh edib.

Fotoları yayımlayan Şimali Koreyanın rəsmi xəbər agentliyi "KCNA" "böyük əməliyyat" ın nə olacağını açıqlamayıb.

"Reuters" agentliyinin məlumatına görə, mütəxəssislər, Kimin dağa qalxmasını Şimali Koreyanın beynəlxalq sanksiyaları səbəbiylə təzyiq altında nüvə silahı və ballistik raket proqramları problemini simvolizə etdiyini söyləyib.

Gülnar Qafarlı

Kim Çen In ağ atı ilə pzirvəyə qalxdı - FOTO

Kim Çen In ağ atı ilə pzirvəyə qalxdı - FOTO