Qazaxıstanın yeni prezidenti vəzifələrinin icrasına başlayıb.

Open.az xarici mediaya istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və prezident vəzifələrinin icrasına başlayıb.

Qeyd edək ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev respublika telekanallarının efirində istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.

Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.