Qərbi Afrika ölkəsi Kamerunda "Boko Haram" terror təşkilatı tərəfindən silahlı hücum təşkil edilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində 37 nəfər həlak olub, çox sayda adam yaralanıb.

Hücumdan sonra təşkilatın 15 üzvü təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində tutulub. Çox sayda terrorçu məhv edilib.

Gülnar Qafarlı