İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 39-a çatıb.

Open.az xəbər verir ki, bu haqda Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

Bildirilib ki, yaralı sayı 885 nəfərdir və dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işlər davam etdirilir.