İsveçrədə bir gün ərzində koronavirusa 15 yeni yoluxma halı qeydə alınıb.

Open.az xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyəsinin Federal ofisi bildirib.

Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 30 761-ə çatıb.

Bu günə olan məlumata görə, bir gün ərzində 6 ölüm baş verib. Ölkədə ümumilikdə 1 648 nəfər virusun qurbanı olub.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 375 115 test aparılıb.