İstanbulun rəmzlərindən olan tarixi Qalata qülləsinin bərpa işləri ilə bağlı son günlər sosial mediada gedən müzakirələrə Türkiyənin Vəqflər Baş İdarəsindən cavab verilib.

Open.az xəbər verir ki, artıq bir aydan çoxdur yenidənqurma işləri ilə bağlı ziyarətə bağlanan qüllənin idarəsi bir müddət əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsindən (İBB) alınaraq Vəqflər Baş İdarəsinə verilib.

Bundan sonra İBB tərəfindən qüllənin daxilində aparılan bərpa işlərinin tarixi abidəyə zərər verəcəyi fikri ortaya atılıb. Buna cavab olaraq Vəqflər Baş İdarəsindən bildirilib ki, İstanbulun ayrılmaz hissəsi və insanlığın ortaq mirası olan qüllədə aparılan bərpa və yenidənqurma işləri tamamilə mütəxəssislər tərəfindən idarə olunur.

Sosial mediada yerləşdirilən sökmə işləri isə sonradan qüllənin daxilində inşa edilən, deformasiyaya uğramış əlavələrə aiddir. (AzərTac)