İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Xəstəxanasında yanğın baş verib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə saat 15.00 radələrində meydana gəlib.

İddiaya görə, Radioloji bölümündəki aparatlardan biri hələ müəyyən edilməyən bir səbəbə görə yanıb.

Xəstəxanadakı xəstələr bayıra çıxarılıb. Meydana gələn yanma qısa müddətli panikaya yol açıb.

Cihazda baş verən yanğın xəstəxana personalının müdaxiləsi ilə söndürülüb. Hadisə yerinə yanğınsöndürənlər sövq edilib.

Gülnar Qafarlı