Türkiyənin İstanbul şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Open.az "Haber7"yə istinadən xəbər verir ki, hadisə Şimali Mərmərə avtomobil magistralında meydana gəlib.

Servis mikroavtobusunun arxa təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı 20-dən çox sərnişin yaralanıb. Hadisə yerinə təcili yardım cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı