Türkiyənin İstanbul şəhərində yeddimərtəbəli bina çöküb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Bahçelievler səmtində meydana gəlib.

Bildirilib ki, bina boş olub. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Dağıntılar altında insanların qalıb-qalmadığı məlum deyil.