İstanbul Hava Limanında Türk Hava Yollarına (THY) məxsus avtomobil emalatxanasında bir maşın işçilərin üzərinə düşüb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, dəhşətli hadisə nəticəsində 1 işçi ölüb, 1-i ağır yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ağır yaralanan işçinin adı Mümin Özgül, həyatını itirən işçi isə Erkan Sengül olub.

Qəzada həlak olan Şengülün 2 ay əvvəl işə başladığı bildirilib.

Gülnar Qafarlı

İstanbul Hava Limanında qorxunc qəza - 1 nəfər öldü