İsraildə ötən gün yeni növ koronavirusa 678 nəfər yoluxub.

Open.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 83 002 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 57 533 nəfəri sağalıb, 600 nəfəri isə vəfatə edib.