İspaniyanın müstəqil şəhəri Ceutada yerləşən məscidlərdən birinə atəş açılıb.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Efe agentliyi məlumat yayıb.

Motosikletdə olan naməlum iki şəxs məscidə 4 dəfə atəş açıb.

Bu zaman məkanda çaxnaşma yaranıb, amma ölən və xəsarət alan olmayıb.

Təcavüzkarlar hadisə yerindən qaçıblar. Faktla bağlı istintaq başladılıb.

Gülnar Qafarlı