İraqın Kərbəla şəhərində polis nümayişçilərə atəş açıb.

Open.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yyaıb.

Təhlükəsizlik qüvvələri tərəfindən oturaq aksiyanın iştirakçılarının dağıdılması nəticəsində ən az 18 nəfər ölüb, 865 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabın 1-də İraqın bəzi regionlarında hökumət əleyhinə etirazlar başlayıb. Bağdadda, eləcə də ölkənin cənub və şimal əyalətlərində insanlar hökumətin istefasını tələb edib. Dinc mitinqlər qısa zamanda polis və hərbi heyətlə şiddətli qarşıdurmalara çevrilib.

Gülnar Qafarlı