ABŞ-ın Merilend Səhiyyə Təşkilatı iranlıların ABŞ-dakı “Moby-Dick” restoran şəbəkəsində yoluxucu virusun tapıldığını bəyan edib.

Open.az İran mətbuatına istinadən bildirir ki, səhiyyə təşkilatı 28 salmonella virusuna yoluxma halını Merilend, Virciniya və Vaşinqtonda qeydə alıb.

Merilend səhiyyə orqanları “Moby-Dick”də xidmətin davam etdirilməsinə icazə versələr də, Virciniyada zəhərlənmiş bir qadın 500 min dollar ziyana görə məhkəməyə müraciət edib.

Xatırladaq ki, “Moby-Dick”in şəbəkəsi Tehranın məşhur “Moby-Dick” restoranının xatirəsinə adlandırılırıb.

Kamran Nasir