İranın Xarici İşlər naziri Cavad Zərif sabah Türkiyəyə işgüzar səfər edəcək.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici işlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin bütün aspektlərinin müzakirə olunması, həmçinin regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Gülnar Qafarlı