İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri, briqada generalı Əli Nasiri ölkədən qaçıb.

Open.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Bildirilib ki, Nasiri ilə qvradiya kəşfiyyat təşkilatının başçısı Hüseyn Taebi arasında mübahisə baş verib. Bundan sonra o, İrandan qaçıb və ABŞ səfirliyindən siyasi sığınacaq istəyib.

Nasiri dövlətin məxfi sənədlərini də özü ilə birlikdə aparıb.

Gülnar Qafarlı