İranda son sutka ərzində daha 2 625 nəfərdə koronavirus aşkarlanıb, 174 nəfər vəfat edib.

Open.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 336 324-ə, virus qurbanlarının sayı isə 19 162-yə yüksəlib.

Bundan əlavə, indiyədək 292 058 nəfər sağalıb. Ölkədə 25 104 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 971-nin vəziyyəti ağır qiymətləndirilir.