İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İnqilabın 40-cı ildönümünü qeyd edən İran hakimiyyətinə yönəlik ittihamlarına cavab verib.

Open.az İran KİV-nə istinadən xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında məlumat yayıb.

"İranlıların heç vaxt təslim olmayacağını qəbul edib. Donald Trampın 40 illik yanlış seçkilərdən sonra ABŞ-ın uğursuz siyasətlərini nəzərdən keçirməsinin vaxtı gəlib", - deyə Məhəmməd Cavad Zərif bildirib.

Qeyd edək ki, ABŞ prezidenti İnqilabın 40-cı ildönümünü qeyd edən İran rəhbərliyini təhdid etmişdi.

Gülnar Qafarlı