İranın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər həlak olub, 120 nəfər yaralanıb.

Qeyd edək ki, zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə, zəlzələnin ocaqı isə 10 kilometr dərinlikdə yerləşib.

Gülnar Qafarlı