İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 415 nəfər ölüb.

Open.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 33 714 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda son sutka ərzində 2 490 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 588 648 nəfərə çatıb.