İranda son sutkada koronavirusdan rekord sayda, 200 ölüm faktı qeydə alınıb.

Open.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

Ölkədə son sutkada yoluxanların sayı 2 637 nəfər artaraq 245 688-ə yüksəlib.

Onlardan 207 000 pasiyent müalicə olunaraq sağalıb, 11 931 nəfər isə vəfat edib.