İranın cənub-qərbində qaz kəmərinin partlaması nəticəsində 5 nəfər həlak olub.

Open.az xəbər verir ki, bu barədə "Fars" agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Hadisə zamanı 6 nəfərin yaralandığı bildirilib.

Partlayışın səbəbləri araşdırılır.

Gülnar Qafarlı